Yazıçı Eyvaz Zeynalovun Türkiyədə iki kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Asmaaltı Yayınevi” nəşriyyatı tərəfindən  “Tabiatın dostları” və “Dede ve Torun” adlı yeni kitabları 104 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb.

Hər iki kitabın tərcüməçisi, tərtibatçısı, tərcüməçi Ömər Küçükmehmetoğludur.

Qeyd edək ki, cari ildə yazıçı Eyvaz Zeynalovun “Kış güneşi” adlı yeni kitabı da oxucuların ixtiyarına verilmişdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!