Azərbaycan şairlərinin şeirləri “Kardelen” dərgisində

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri Rafiq Odayın təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi Azərbaycanın Xalq şairləri  Mirvarid Dilbazinin “Bahar sevincinə uya bilmirəm”, Hüseyn Arifin “Analar”, Osman Sarıvəllinin “Söylə”, Nəriman Həsənzadənin “Ürəyim ananı istəyir, qızım”, Səməd Vurğunun “Göygöl” şeirləri qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 101-ci sayında çap olunub.

“Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri Kamran Murquzov, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru İbrahim İlyaslı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Şəfa Vəliyeva, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kənan Aydınoğludur.

Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində “Ehtiyacım var” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları”aylıq şeir dərgisinin 48-ci sayında çap olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!