Buker mükafatının uzun siyahısı elan olundu

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, Buker mükafatının rəsmi saytında bu ilin ən yaxşı kitabı nominasiyası üzrə siyahı yayımlanıb. Siyahıya Kanada, ABŞ, İrlandiya, İngiltərə, Meksika və Nigeriyadan olan müəlliflərin 13 əsəri daxil edilib. Müəlliflər arasında məşhur yazıçı Salman Rüşdü (Quichotte romanı ilə) və Marqaret Etvud (The Testaments romanı ilə) da var.

Bütöv siyahıya bu linkə daxil olmaqla baxa bilərsiniz. https://thebookerprizes.com/booker-prize/news/2019-booker-prize-longlist-announced

13 əsər Long-list-ə (uzun siyahı) daxildir. Qısa siyahı sentyabrın 3-də məlum olacaq. Adətən qısa siyahıya adı düşmüş müəlliflər mükafat fondu tərəfindən 2500 funt sterlinq məbləğində pul ilə mükafatlandırılırlar.

Qeyd edək ki, 2018-ci il üçün Buker mükafatını irland yazıçısı Anna Berns (Milkman) “Südçü” romanına görə almışdı. Linkə daxil olun: http://edebiyyatqazeti.az/news/gundem/2566-londonda-buker-mukafatinin-laureatinin-adi-melum-oldu

 

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!