Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 22-də Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçiriləcək.

AMEA-dan bildirilib ki, “Ərtoğrol Cavid - 100” mövzusunda konfransda iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək elmi məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı - A4, Word redaktorunda;

- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

- həcmi - 5 səhifədən çox olmamalıdır;

- şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;

- istinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);

- məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!