“Ədəbiyyat qəzeti”nə təşəkkürnamə təqdim edildi

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə Azərbaycan Dillər Universitetində (ADU) media nümayəndələri mükafatlandırılıb.

ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə, tələbələrə göstərdiyi həssas münasibətə görə təşəkkürnamə elan edilib.

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ADU ilə əməkdaşlıq edən bütün jurnalistlərə obyektiv münasibətlərinə görə təşəkkür edib. Azərbaycan Dillər Universitetinin qapılarının media üzünə hər zaman açıq olmasını xüsusilə vurğulayıb.

“Ədəbiyyat qəzeti”nə təqdim edilən Təşəkkürnamə qəzetin əməkdaşı, yazar Samirə Əşrəfə təqdim olunub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!