Firuzə Məmmədlinin “Seçilmiş əsərləri”nin X cildi işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Firuzə Məmmədlinin “Seçilmiş əsərləri”nin X cildi işıq üzü görüb.

Kitabda şairin son illərdə yazdığı şeirlərlə yanaşı, müxtəlif illərdə qələmə aldığı esseləri, onunla aparılan müsahibələr, miniatür hekayələri, sənət və sənətkarlar haqqındakı xatirələri, əsərlərə yazdığı rəylər, o cümlədən 1984-2016-cı illər arası apardığı elmi-tədqiqat işlərinin bir qismi yer alıb.

502 səhifədən ibarət olan bu kitab əvvəlki cildlərdə olduğu kimi, nəfis şəkildə “Elm və təhsil” nəşriyyatında çap edilib. 

.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!