Mübariz Cəfərlinin İranda iki kitabı nəşr edildi

 

Edebiyyatqazeti.az xəbər verir ki, Tehranın nüfuzlu “Əndişe-yi noo” nəşriyyarında Mübariz Cəfərlinin  məşhur  trilogiyasının son əsərləri, “Bənna”  və  “Bağban” romanları çapdan çıxıb. Kitabları ərəb əlifbasına Elyar Polad çevirib.

Xatırladaq ki, bundan əvvəl trilogiyanın birinci romanı – “ Bərpaçı” –  da həmin nəşriyyat tərəfindən nəşr edilmişdi.

Qeyd edək ki, bu romanlar çağdaş nəsrimizin ən yaxşı nümunələrindən sayılsa da, indiyədək ölkəmizdə kitab halında nəşr olunmayıb.