"Nəsimi yaradıcılığında folklor izləri" adlı monoqrafiya nəşr olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, tədqiqatçı-yazar Aygün Cəfərovanın "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB və "Regional hüquqi və İqtisadi Maarifləndirmə" İB- nin dəstəyi ilə "CBS-PP" nəşriyyatı tərəfindən 2019-cu il, "Azərbaycanda Nəsimi ili" münasibətilə "Nəsimi yaradıcılığında folklor izləri" kitabı nəşr olunub.

"Nəsimi yaradıcılığında folklor izləri" adlı monoqrafiya müəllifin  sayca ikinci kitabıdır. Bu tədqiqat işində Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı nümunələri fonunda arşadırılmış, folklorun lirik, epik, dramatik növünün ayrı- ayrı janrları ilə Nəsimi şeirinin  paralelləşmələri üzə çıxarılmışdır. Nəticədə Nəsimi sənətkarlığının xalq ədəbiyyatı ilə sıx bağlılığı bir daha əsaslı surətdə öz təsdiqini tapmışdır. 

Qeyd edək ki, 13 İyul tarixində, saat 12-00-da Sumqayıt Poeziya Evində kitabın təqdimetmə mərasimi keçiriləcək. Gisiş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.


 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!