Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, XVII əsrdə yaşamış Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli “Divan”ı Təbrizin “Qalan yurd” nəşriyyatında çapdan çıxıb.

Məczub Təbrizinin “Divan”ını nəşrə hazırlayan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

İnstitutdan bildiriblər ki, əsər Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanılan əlyazma nüsxələri əsasında hazırlanıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!