“Hüseyn Cavid” monoqrafiyası təkrar nəşr olunub

AMEA-nın nəzdində Hüseyn Cavidin ev-muzeyi tərəfindən "Məmməd Cəfər. Hüseyn Cavid" monoqrafiyası nəşr olunub.

Vəsait ölkə başçısının "Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında" 2019-cu il 15 aprel tarixli Sərəncamı əsasında AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş tədbirlər planı çərçivəsində çap olunub.

Akademiyadan bildirilib ki, nəşrin tərtibçisi və "Ön söz"ün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi redaktorları - AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda təkrar nəşridir. Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan monoqrafiya Hüseyn Cavid yaradıcılığına müraciət edən bir çox tədqiqatçı üçün dəyərli mənbədir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!