Yazar Mahmud Ağakişiyev (İkinci Mahmud) vəfat edib

 

Edebiyyatqazeti.az APA-ya istinadən xəbər verir ki, gənc yazar Mahmud Ağakişiyev (İkinci Mahmud) bu gün yaşadığı Xətai rayonunda yerləşən evində vəfat edib.

Yazıçının dostu Ömər Mazanov (Ömər Xəyyam)  açıqlamasında bildirib ki, M.Ağakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Ağakişiyevaya zəng edərək ürəyi ağradığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.

Allah rəhmət eləsin!