Türkiyənin tanınmış şairi vəfat etdi

 

Edebiyyatqazeti.az xəbər verir ki, çağdaş Türkiyə şeirinin tanınmış isimlərindən olan “Küçük İsgəndər” ləqəbli Dərman İsgəndər Över 55 yaşında vəfat edib.

Ötən il xərçəng diaqnozu ilə Paşabahçe Dövlət Xəstəxanasına yerləşdirilən şair davamlı müalicə alsa da ötən gün gecə saatlarında xəstəxanada  dünyasını dəyişib.

1964-cü ildə İstanbulda anadan olmuş şairin şeirləri Türkiyənin bir çox məşhur qəzet və jurnalında çap edilib. Daha sonra bir neçə kitabı nəşr olunan “Küçük İsgəndər” Türkiyə ilə yanaşı, Kanada, İtaliya, Almaniya və digər ölkələrdə mükafatlara layiq görülüb.

Allah rəhmət eləsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!