"Ulduz" jurnalının BDU-da görüşü keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki,  "Ulduz" jurnalının növbəti tədris ocağında görüşü baş tutub.

Ötən gün BDU-da keçirilən görüşdə Universitetin  filologiya fakültəsinin tələbələri iştirak edib. Səməd Vurğun Poeziya ocağında gerçəkləşən tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, DGTYB-nin başqanı İntiqam Yaşar, şairlər Taleh Mansur, Adilə Nəzər, Dayandur Sevgin "Söz" ədəbi birliyinin qonağı olublar.

Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, professorlar Yeganə İsmayılova və Məti Osmanoğlu jurnalın son sayında çap olunmuş tələbələrlə birgə görüşdə ədəbi müzakirələr aparıblar. Gənclər yeni şeirlərini oxuyub və onların maraqlandıran suallarla jurnal əməkdaşlarına müraciət ediblər. Növbəti görüş yeni tədris ilinə planlaşdırılıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!