Milli Kitabxanada Çingiz Əlioğlunun 75 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

İyunun 29-da Azərbaycan Milli Kitabxanasında şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun anadan olmasının 75 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə müəllifin Azərbaycan və digər dillərdə yazdığı əsərləri, tərcümə etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı əsərləri, tərtib etdiyi və haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.