Məşhur fransız aktyoru Lev Tolstoy obrazına çəkilə bilər

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, məşhur fransız aktyoru, dünya vətəndaşı Jerar Depardye Lev Tolstoy obrazına çəkilə bilər.

Proyekt rus dizayneri, ixtiraçısı Lebedev tərəfindən Rusiyanın Mədəniyyət Naziri ilə təkbətək məsləhətləşmələr zamanı irəli sürülüb. Azyaşlılar üçün nəzərdə tutulmuş oyun əhvallı filmin çəkilişi üçün Nazirlikdən subsidiya istənilib.

Gələcək filmin təqribi adı “Qarğa yuvası”dır. Quruluşcu rejissor filmdə Lev Tolstoy obrazını canlandırmaq üçün ən uyğun personajın fransız aktyoru – eyni zamanda Rusiya vətəndaşı Jerar Depardyenin olması qənaətindədir.

Lebedev qeyd edib ki, hələ ki, aktyorla obraz haqqında konkret razılaşma əldə olunmayıb. Əgər aktyor imtina edərsə alternativ variant olaraq 77 yaşlı aktyor Franko Nero da Tolstoy obrazı üçün uyğun sayıla bilər.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!