“Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı işıq üzü görüb

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az saytına verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı nəşr edilib.  Kitab İnstitut Elmi Şurasının 14 iyun 2019-cu il tarixli 5 saylı iclas protokolunun qərarı ilə çap olunub. Kitabda ümumtürk klassik ədəbiyyatının görkəmli nümayəndəsi, türkmən xalqının mütəfəkkir şairi Məhtimqulu Fəraqinin Azərbaycanla bağlılığı, ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edilir.

Kitabın müəllifləri akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı, elmi redaktoru isə filologiya elmləri doktoru Almaz Ülvidir. “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabın rəyçisi filologiya elmləri doktoru, professor Hüseyn Həşimli, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

284 səhifəlik kitab “Ön söz”, yeddi bölüm, nəticə və Azərbaycan, türkmən, türk, rus dillərində 283 sayında ədəbiyyat siyahısından ibarətdir.