Rumıniyanın Graiova şəhərində Məmməd İsmayılın şeir kitabının təqdimatı keçirilib

Edebiyyatqazeti.az xəbər verir ki, bu günlərdə Rumıniyada keçirilən M.Emuneski Dünya şeir festivalı çərçivəsində Craivo şəhər milli kitabxanasında dünyanın  müxtəlif ölkələrindən  gələn şairlərin müxtəlif dillərdə çap edilən kitablarının təqdimat mərasimi olmuşdur.

Təqdimat mərasimində həmyerlimiz şair Məmməd İsmayılın Macarıstanın Ab-Art nəşriyyatının Macar dilində çap etdiyi  “Szamüzetesben” (Sürgündə) şeir kitabını nəşriyyatın direktoru, kitabın tərcüməçisi  Balazs F.Atilla təqdim etmişdir.

Təqdimat mərasimində Məmməd İsmayıl kitabının ərsəyə gətirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirmiş və oxucularına avtoqraf imzalamışdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!