Kitabxanada “Abbasqulu ağa Bakıxanov – 225” adlı sərgi açılıb

 

İyunun 21-də Milli Kitabxanada Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Bakıxanovun (Qüdsi) anadan olmasının 225 illiyi münasibətilə “Abbasqulu ağa Bakıxanov – 225” adlı kitab sərgisi açılıb.

Sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında olan kitablar, qəzet və jurnal məqalələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!