“Abdulla Şaiq və teatr” adlı tədbir təşkil ediləcək

İyunun 27-də Abdulla Şaiqin mənzil-muzeyində “Abdulla Şaiq və teatr” adlı tədbir keçiriləcək. Tədbir muzey və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə baş tutacaq.

Muzeydən bildirilib ki, tədbirdə “Abdulla Şaiq və teatr” mövzusunda slayd-şou göstəriləcək və eyniadlı məruzə dinləniləcək.

Azərbaycanın Xalq artisti Ağaxan Salmanov A.Şaiqin teatr fəaliyyəti ilə bağlı fikirlərini bölüşəcək. Daha sonra Gənc Tamaşaçılar Teatrının aktyorları ədibin əsərlərindən səhnələr göstərəcəklər. Ədibin dram əsərlərinə yazılmış musiqi nömrələri səslənəcək. /Azərtac/

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!