Bakıda çap edilən “Gənc Qırğız şeiri antologiyası” xəbəri qardaş ölkə mətbuatında

 

Bu yaxınlarda çap edilən “Gənc Qırğız şeiri antologiyası”nın xəbəri qardaş ölkənin mətbuat səhifələrində işıqlandırılıb. Qırğızıstanın məşhur “Kabar”, For.kg, Kaktusmedia xəbər saytları öz səhifələrində bu xəbərə geniş yer ayırıblar. Bu haqda məlumatı Qırğız mətbuatına Azərbaycanın Qırğızıstandakı Səfirliyinin ataşesi Müstəcəb Tağıyev xəbər verib.

35 gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Təranə Turan (Rəhimli), dos.dr. Pərvanə Məmmədli, Günel Eyvazlı, Xan Rəsuloğlu, Akəm Xaqan, Faiq Balabəyli, Elşən Əzim, Elməddin Nicat, Gülnar Səma (Qasımlı)Taleh Mansur, İntiqam Yaşar, Tural Turan,  Aysel Xanlarqızı (Səfərli), Sona Əli, Ümid Nəccari, Əkbər Qoşalı tərəfindən (ruscadan, Türkiyə və Qırğız türk­cələrindən) çevrilib.

Layihə rəhbəri Millət vəkili  Dr. Cavanşir Feyziyev,  məsləhətçiləri Millət vəkili, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, “Kaspi” qəzetinin təsisçisi Dr. Sona Vəliyeva, nəşrə məsul, baş redaktoru Atatürk Mərkə­zinin şöbə müdiri Əkbər Qoşalı olan anto­lo­giyaya AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Dr. Yunus Oğuz rəy verib.“Gənc Qırğız şeiri antologiyası”nı qardaş ölkənin  istedadlı gənc yazarları, DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib. Kitaba Azərbaycan Respublikasının Qırğız Res­publikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov “Təqdim” Millət vəkili Dr. Cavanşir Feyziyev “Önsöz”, Qırğız Respublikasının Mədəniyyət, infor­masiya və turizm naziri Azamat Jamankulov isə “Biş­kekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.

DGTYB bundan öncə “Çağdaş Azərbaycan şeiri” (2cilddə, Ankara), “Gənc tatar şeiri” (Bakı), “Yeni qazax şeiri” (Bakı), “Fəzanın cazibəsi ( -Arxangelsk şairlərinin şeirləri)” (Bakı), “Özbək şeir çələngi” (Daşkənd), “Yeni zaman Azərbaycan şeiri” (Astana) kimi anto­logiyalar hazır­layıb, nəşr etdirib.

Qeyd edək ki, “Gənc Qırğız şeiri antologiyası”nın Ba­kıda və Bişkekdə təqdimat törənlərinin keçirilməsi nə­zərdə tutulub. Antologiya hər iki ölkənin aparıcı ki­tab­xanalarına, mədəniyyət müəssisələrinə, o cüm­lə­dən ədəbi qurum­larına paylanacaq.

Linklərə keçid edin: 

http://kabar.kg/news/v-baku-vyshla-v-svet-unikal-naia-kniga-antologiia-molodoi-kyrgyzskoi-poezii-na-azerbaidzhanskom-iazyke/?fbclid=IwAR2dUG8ydIG3duqSIX1NUeR5R6AQLB_dfaGR4YTrBtf3qjn8BN6BQJrpfvo

https://www.for.kg/news-580301-ru.html?fbclid=IwAR2qvT7edHr-l0ZtfsuBa6MQOC_1-moY6FZN0UVuFYfVjwM5s3EU4dEmRGk

https://kaktus.media/doc/393221_v_baky_vyshla_v_svet_antologiia_molodoy_kyrgyzskoy_poezii_na_azerbaydjanskom_iazyke.html?fbclid=IwAR3xkpi6nm43SfCHlKEcQMny4RHgulcmdLQl9QFpgon4wZuXzjQwrT0dKcs

https://theworldnews.net/kg-news/antologiiu-molodoi-kyrgyzskoi-poezii-pereveli-na-azerbaidzhanskii-iazyk?fbclid=IwAR2A3VMwIIakznGfCTSgvFua8p2d8DhqkmWlpFxOLaKr75vhEp81ZMmTK6I

https://24.kg/obschestvo/121005_stihi_molodyih_kyirgyizskih_poetov_pereveli_naazerbaydjanskiy_yazyik_/?fbclid=IwAR1hkL7FP_viITJXOAI7FVXOjcb0Hx8EYoO0EX_Ygo2P-xZBls5uWM1Ur3s

https://knews.kg/2019/06/19/antologiyu-molodoj-kyrgyzskoj-poezii-pereveli-na-azerbajdzhanskij-yazyk/?fbclid=IwAR2j44SgI2aUmjAdBTs7R2EX2nhkp6CSPQebbYE4DctnHjoP7eclzCciTCc