“Ədəbiyyat qəzeti”ndə çap olunan məqalələr xarici mətbuatda

Edebiyyatqazeti.az xəbər verir ki, Rumınyanın Craievo şəhərində Mihai Emnunesku Dünya şeir festivalı iyunun 17-də  öz işinə başlamışdır. Fetivalda dünyanın ayrı-ayrı qitə və ölkələrindən əllidən çox şair iştirak edir. Festivalda ədəbiyyatımızı şair Məmməd İsmayıl təmsil edir. Festivalın açılışı şərəfinə “Imprresıı şi comentarıı” adıyla çap olunan antologiyada bu il yedinci dəfə  düzənlənən festivalın illərə  görə foto və  xəbərləri yer almışdır.  Diqqət çəkən məqam odur  ki, “Ədəbiyyat qəzeti”nin səhifələrində çap olunmuş  məqalə və xəbərlər antologiyada yer ayrılmışdır.Qısa kommentaraiyalar verilməklə onlar dilimizdə olduğu kimi  çap olunmuşdur. Bu yazılardan biri şair Məmməd İsmayılın səfər təəssuratlarına həsr etdiyi “Bir qorxunc oyunda ortaya çıxar şeir”  yazısı  və onun tərcüməsində macar  şairi Atilla Belaşın şeirləri, ikincisi isə M.İsmayılın Dünya şeir festivalında iştirakına dair xəbərdir.Onu da qeyd edək ki,bu ilk örnəkdir və rumın dilində nəşr olunmuş kitabda başqa dillərdən örnəklərə yer verilməmişdir.