İki tərcümə kitabı çap edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Vektor  nəşriyyatı nəşrləri arasına daha iki kitab - Macar şairi Atilla Balaşın “Avqustda qar” və Alban şairi Jeton Kelmendinin “Savaş zamanında eşq” kitabları daxil olunmuşdur. “Avqustda qar” kitabındakı şeirləri dilimizə Məmməd İsmayıl və Afaq Şıxlı çevirmişlər.

“Jeton Kelmendinin “Savaş zamanında eşq” kitabına daxil olunan şeirlərin tərcüməsi isə Məmməd İsmayıla aiddir.

Yeri gəlmişkən Atilla Balaş və Jeton Kelmendi dünyada tanınan, Azərbaycan və Türk Dünyası və ədəbiyyatlarının Avropada təbliğinə  çalışan sənət  adamlarıdır.        


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!