“Nəsimi. Şeir, sənət, mənəviyyat” Festivalı çərçivəsində müsabiqə elan olunur

 

Edebiyyatqazeti.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən İkinci Beynəlxalq “Nəsimi. Şeir, sənət, mənəviyyat” Festivalı çərçivəsində Mədəniyyət Nazirliyinin «SÖZ” layihəsi 16–35 yaş gənc şairlər arasında “Ən yaxşı poetik əsər” devizi altında müsabiqə elan edir.

Müsabiqə iki nominasiya üzrə keçirilir:

1. Klassik şərq poeziyası üslubunda Nəsimiyə yazılan bənzətmə və nəzirələr;

2. Nəsiminin mənəvi dünyası və poetik irsi ilə bu və ya digər formada bağlılıq təcəssüm etdirən müxtəlif üslublu şeirlər.

Qeyd edək ki, müraciətlər həm Azərbaycan, həm  ingilis, həm də  rus dillərində qəbul edilir. Müxtəlif dillərdə göndərilmiş müraciətlərə ayrı-ayrılıqda baxılacaq və mükafatlandırılacaq.

İştirak etmək istəyənlər öz əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər. Təqdim edilən əsərlə yanaşı müəllifin adı, təvəllüdü, mobil telefon nömrəsi, elektron poçt ünvanı və tərcümeyi-halı da göndərilməlidir.

Nəzərinizə çatdıraq ki, əsərlərin son qəbul olunma tarixi 1 avqust 2019-cu ildir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!