Milli Kitabxanada “Məmməd Arif-115” adlı kitab sərgisi açılıb

 

İyunun 9-da Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 115 illiyi münasibətilə “Məmməd Arif-115” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı, tərcümə etdiyi kitablar və akademik haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!