Yeni nəşrlər

 

Edebiyyatqazeti.az xəbər verir ki, “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qəzəlxan-şair, tərcüməçi Əliğa Vahidin “Mənə naz et...” (şeirləri və qəzəlləri) adlı yeni kitabı 434 səhifə həcmində çapdan çıxıb.

Kitaba müəllifin müxtəlif illərdə qələmindən çıxan şeirləri və qəzəlləri daxil edilib. Əliağa Vahid Nizami Gəncəvi, Əfzəllədin Xaqani, Əlişir Nəvai kimi klassik şairlərin əsərlərini fars dilindən Azərbaycan türkcəsinə uyğunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2005-ci ildə “Lider” Nəşriyyatı tərəfindən “Seçilmiş əsərləri” kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

“Kitab Klubu” nəşriyyatı tərəfindən eyni zamanda “Seçmə sevgi şeirləri” adlı poeziya antologiyası da 408 səhifə həcmində işıq üzü görüb.

Kitabın tərtibçisi Sevinc Rzayeva, redaktoru Cavidan Baloğlanov, korrektor Gülnaz Məmmədli, tərtibatı isə Elçin Hüseynova məxsusdur.

Poeziya antologiyasına çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, dəst-xətti ilə seçilən orta və yaşlı nümayəndələrinin müxtəlif illərdə qələmə aldıqları sevgi şeirləri toplanıb.

Bu kitab Hamlet İsaxanlının “Azərbaycan Sevgi Poeziyası” çoxcildli kitabı əsasında nəşrə hazırlanıb.

Xatırladaq ki, “Seçmə sevgi şeirləri” adlı poeziya antologiyasının ilk nəşri 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən yayınlanmışdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!