Rahid Uluselin kitabı Rusiyada nəşr olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin"Мерцание” adlı aforizmlər kitabı Rusiyanın "Художественная литература” nəşriyyatında çapdan çıxmışdır. Kitabın redaktoru Fəxrəddin Hacıyevdir.

Fəlsəfə, estetika, kulturologiya, filologiya və tənqidin aktual problemlərinə dair 24 kitabı nəşr edilmiş, humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdə Azərbaycanı təmsil etmiş Rahid Uluselin fəlsəfi yaradıcılığında mühüm yer tutan aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, hazır tapıntılardan daha çox axtarış düşüncəsini gücləndirmək enerjisini daşıyır. Kitabın əsas məqsədi – yaşadığımız  tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan ibarətdir. O, çağdaş Azərbaycan müəlliflərindən bir filosofun xaricdə çap olunmuş ilk aforizmlər kitabıdır. 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!