Gənc şair Malik Atilayın ilk şeirlər kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, gənc şair Malik Atilayın ilk şeirlər kitabı işıq üzü görüb.

Müəllifin öz redaktəsi ilə "Yalnızlığı adıyla çağır” adlı kitab "Qanun” Nəşrlər Evində çapdan çıxıb.

Kitabda müəllifin qələmə aldığı, çap olunan və olunmayan seçmə şeirləri yer alıb.

Qeyd edək ki, 9 iyun tarixində saat 15:00-da "kitabevim.az” mağazasında kitabın təqdimat mərasimi və müəllifin imza günü keçiriləcək.

Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.