Milli Kitabxanada “Vaqif Səmədoğlu – 80” adlı kitab sərgisi açılıb

 

İyunun 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyi münasibətilə “Vaqif Səmədoğlu – 80” adlı kitab sərgisi açılıb.

Kitabxanadan  bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümələri, tərtib etdiyi və redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!