Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətini əks etdirən yeni kitab nəşr olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, “Əhməd bəy Ağaoğlu. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu” çapdan çıxıb.

Topluya daxil olan sənədlər və materiallar Ə.Ağaoğlunun XX əsrin əvvəllərini, xüsusilə 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi zamanı fəaliyyətini əhatə edir.

Kitaba Ə.Ağaoğlunun Qafqazda milli məsələyə və müsəlman xalqlarının problemlərinə, 1905-1906-cı illər münaqişəsinə dair məqalələri, Ə.Ağaoğlunun dindirilmə protokolu, onun məktubları, çıxışları və s. daxil edilib.

Azərbaycan və rus dillərində nəşr olunan toplunun tərtibçisi, ön söz, qeyd və şərhlərin müəllifi Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!