Filarmoniyada Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılacaq

 

İyunun 7-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.

Tədbir Azərbaycan Yazıçılar Birliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

Gecədə unudulmaz şairin həyat və yaradıcılığından danışılacaq, ədəbiyyatımızın inkişafındakı xidmətləri vurğulanacaq.

Tədbir çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə konsert proqramı da təqdim olunacaq.

Qeyd edək ki, Tədbir "Şairlər Günü" layihəsi çərçivəsində keçiriləcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!