“ULDUZ”UN MAY SAYI ARTIQ SATIŞDA

 

Edebiyyatqazeti.az xəbər verir ki, “Ulduz”un növbəti – 600-cü sayı artıq satışdadır.

Jurnalın may sayı filologiya elmləri doktoru İslam Sadığın “Ulduz”un mart sayına yazdığı “Bir bulaq gözüdür hər ürək” adlı  ekspert yazısı ilə açılır.

Günay Səma Şirvan  “özüylə söhbəti...”ni və şeirlərini təqdim edir.

“Nəsr”də Vüsal Oğuz, Oğuz Ayvaz, Tural Cəfərli, Tural Anaroğlu, Narıngül, İlqar Duman, Qalib Şəfahətin hekayələrini oxuya bilərsiniz.

“Bizim laureatlar” rubrikası “Ulduz” jurnalı və “Vektor” Beynəlxalq Elm Akademiyasının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirdiyi poeziya müsabiqəsi qaliblərinin şeirlərini təqdim edir.

“Yazı masası”nın qonağı “Şeirlərimi süfrənin bir qırağına yazıram” – deyən şair İlham Qəhrəmandır.

Cəlal Məmmədov “Qısa fikirlər xəzinəsi”ndə  “Əbədi hikmət axtarışçısı” Seyyid Hüseyn Nasrın qısa fikirlərini təqdim edir.

“Şeir vaxtı”nda Fərqanə Yusifqızı, Vasif Süleyman, Ayişə Nəbidir.

“Tribuna” Xəyalə Əfəndiyevanın “Sabahın xeyir, ömrüm...” yazısını təqdim edir.

“Esse” rubrikasında Şəfa Vəli və Mina Rəşiddir.

“Debüt” Seyhun Hökmdarın və Firudin Həmidlinin şerlərini təqdim edir.

“Dərgidə kitab”da “Romantizm” essesiylə Günel Eyvazlıdır.

Bunlar hamısı deyil, “Ulduz”u oxuyun!