Vaqif Yusiflinin “Sumqayıtda ədəbi həyat” adlı yeni kitabı çapdan çıxıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, filologiya elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi, tənqidçi Vaqif Yusiflinin Sumqayıt ədəbi mühitində öz dəsti-xətti ilə seçilən yazarlardan bəhs edən “Sumqayıtda ədəbi həyat” adlı yeni kitabı çap edilib.

Kitabın redaktoru Pr. İsa Həbibbəyli, rəyçisi Pr. Qəzənfər Paşayev, ön söz müəllifi Sumqayıt "Poeziya Evi"nin rəhbəri, şair-tərcüməçi İbrahim İlyaslıdır. 

Qeyd edək ki, kitabda Vaqif Yusiflinin illərdir qələmə aldığı tənqidi məqalələri yer alıb.

"Sumqayıtda ədəbi həyat" şəhərin 70 İllik yubileyinə həsr olunub. Bakı "CBS-PP" nəşriyyatında Millət vəkili Qənirə Paşayevanın maliyyə dəstəyi ilə çap edilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!