IX "Şairlər Günü" qeyd ediləcək

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə May-İyun aylarında IX "Şairlər Günü" qeyd olunacaq.

AYB-dən bildirilib ki, öncəki illərdə olduğu kimi “Şairlər Günü” bu il də bölgələrdə qeyd ediləcək.

Belə ki, mayın 30-u Şamaxıda Fikrət SadıqRauf Parfinin əziz xatirəsinə, mayın 31-də Gəncə şəhərində Nigar RəfibəyliNigar Binti Osmanın əziz xatirəsinə, 1 İyunda keçiriləcək Şəmkir tədbiri Əhməd CavadAbdullah Tukayın əziz xatirəsinə, 2 İyun Tovuzda keçiriləcək tədbir Mikayıl AzaflıMahambet Ötemisovun əziz xatirəsinə, 7 İyun Bakıda keçiriləcək tədbir Vaqif Səmədoğlunun xatirəsinə, 9 İyun tarixində Sumqayıtda keçiriləcək “Şairlər Günü” Əli Kərim Abdurrahim Karakoçun əziz xatirəsinə, 10 İyun Qubada Ələkbər Salahzadənin əziz xatirəsinə, 11 İyun Şəkidə Bəxtiyar VahabzadəMehmet Akif Ersoyun, 12 İyun "Əbədi yaşar ədiblər" kompleksində Rəsul RzaNecati Zekeriyyanın əziz xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Qeyd edək ki, artıq doqquz ildir keçirilən “Şairlər Günü” bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə olan hörmətin təzahürüdür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!