Yazıçı, ssenarist Pərviz Seyidlinin "İkimiz" kitabının təqdimat və imza günü keçirildi - FOTOLAR

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə yazıçı, ssenarist Pərviz Seyidlinin "İkimiz" kitabının təqdimat və imza günü keçirilib.

Öz orijinallığı ilə fərqlənən təqdimat pantomim teatrının aktyorlarının göstərdiyi maraqlı kompazisiya ilə başlayıb.

Daha sonra müəllifin yazdığı şeirlər qiraət ustalarının, aktyorların ifasında səsləndirilib. Müəllifin səhnələşdirilmiş əsərlərindən biri oxucular tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Parlaq İmzalar” tərəfindən nəşr olunan “İkimiz” müəllifin sayca ikinci kitabıdır. Kitabın redaktoru yazıçı Kənan Hacı və Toğrul Musayevdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!