Xəyalə Sevilin “Soldan birinci küçə”adlı yeni şeirlər kitabının təqdimat və imza mərasimi keçiriləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki,1 iyun 2019-cu il tarixində saat 13:30-da  Azərbaycan Milli Kitabxanasının “Açıq Kitabxana” bölməsində  “Gənc Ədiblər Məktəbi-2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti fondunun təqaüdçüsü, gənc xanım yazar Xəyalə Sevilin“Zirvə Tədris Mərkəzi”nin “ZirvəKitab” layihəsi çərçivəsində çap olunmuş “Soldan birinci küçə” adlı yeni şeirlər kitabının təqdimat və imza törəni keçiriləcək. Kitabın redaktoru şair İntiqam Yaşardır.

Arzu edən hər kəs tədbirə dəvətlidir.

(Ünvan: Azərbaycan Milli Kitabxanası, ”Sahil” metrosunun yaxınlığı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ilə üzbəüz)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!