Yazıçı Pərviz Seyidlinin "İkimiz" kitabının təqdimat və imza günü keçiriləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı, ssenarist Pərviz Seyidlinin "İkimiz" kitabının təqdimat və imza günü keçiriləcək.

Tədbir 26 may saat 16:00-da Ramada Hotelde (ünvan gənclik m. kohne samsungun yaxınlığı) gerçəkləşəcək.

Giriş sərbəstdir.  Bütün kitabsevərlər dəvətlidir.

Qeyd edək ki, “Parlaq İmzalar” tərəfindən nəşr olunan “İkimiz” müəllifin sayca ikinci kitabıdır. Kitabın redaktoru yazıçı Kənan Hacı və Toğrul Musayevdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!