İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Azərbaycan Dövlət Televiziyasında yeni layihəyə start verilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Azərbaycan Dövlət Televiziyasında  yeni layihəyə start verilib. Respublika üzre "Sözün sehri" adlı bədii qiraət müsabiqəsinin seçim turu başa çatdıqdan sonra altmışa yaxın iştirakçı arasından final mərhələsi üçün seçilən 14 iştirakçının ifası mayın 22-sində Muğam Mərkəzində açılış mərasimində dinlənilmişdir.  

Dilimizin saflığının qorunması, düzgün oxunması, səlis ifadə edilməsi istiqamətində Respublika  Prezidenti  İlham Əliyevin yürütdüyü siyasətə layiqli töhfə verəcək bu layihənin idea müəllifi Mədəniyyət kanalının direktor müavini, professor İlham Rəhimlidir.

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti Xalq artisti Əminə Yusifqızı, Xalq artisti Laləzər Mustafayeva ve professor İlham Rəhimlidir. Layihenin hazırlanmasında yaxından iştirak edən və tələbələri hazırlayan müəllimlər isə AYB-nin Güney Azərbaycan şöbesinin müdiri, yazıçı Sayman Aruz, İncəsənət Universitetinin müəllimləri Nadir Hüseynov və Kamalə Mehdiyevadır.