Kənan Hacının “Yeraltı külək kitabının təqdimat mərasimi keçirildi

Edebiyyatqazeti.az xəbər verir ki, mayın 19-u Kitabevim.az-da yazıçı Kənan Hacının “Yeraltı külək” kitabının təqdimatı keçirilib.

Təqdimatın aparıcısı gənc yazar Nicat Həşimzadə yazıçının yeni çıxan kitabı haqqında məlumat verib. Daha sonra müəllifin qələm dostları Kənan Hacı yaradıcılığı və yeni kitabı haqqında fikirlərini bildiriblər.

Yazıçı, filologiya elmləri doktoru Aqşin Babayev, yazıçı, Əməkdar jurnalist Azad Müzəffərli, telejurnalist Mübariz Süleymanlı, yazıçı Zahid Sarıtorpaq, şairə Kəmalə Abiyeva, tədqiqatçı alim, telejurnalist Ənvər Çingizoğlu, araşdırmaçı-yazar Vaqif Osmanov, telejurnalist İmran Bədirxanlı, yazıçı Sadıq Qarayev, şairlərdən Qəşəm Nəcəfzadə, Adilə Nəzər, Şahanə Müşfiq, Dayandur Sevgin, Süleyman Abdulla, sənətşünas Əlisəftər Hüseynov, yazıçı Nurəddin Ədiloğlu, gənc yazıçı Sərdar Amin, şairə Aysel Fikrət, Afət Natiq və digərləri çıxış edərək Kənan Hacının Azərbaycan ədəbiyyatındakı yeri və mövqeyi haqqında fikirlərini bildiriblər.