OpenAI-in sünii intellekti şeir yazmağı bacardı

 

Edebiyyatqazeti.az Rus KİV-lərinə istinadən xəbər verir ki, İlon Mask tərəfindən əsası qoyulmuş OpenAI laboratoriyasında mətn, məqalə, hətta şeir yazmaq üçün sünii intellekt üzərində təcrübə aparılmışdı.

Bir müddət öncə şirkət saxta yaradıcılıq məhsullarının qarşısını almaq məqsədilə məhdud versiyanı ictimaiyyətə təqdim etmişdi. Bu ay OpenAI daha geniş versiyanı (öncəkindən nisbətən geniş) təqdim edib.

Özünüz də təcrübədən keçirə bilərsiniz: https://talktotransformer.co

Sistemin istifadəsi olduqca rahatdır. İstifadəçi sistemə, yəni - GPT-2-yə yardımedici sözlər, cümlə, məqalədən qısa hissələr daxil edir. Hər yeni söz daxil edildikcə sistem adekvat cavab verərək sözləri məqalə, hekayə, şeir formatına salmağa başlayır.

Qeyd edək ki, sünii intellekt sistemi OpenAI tərəfindən həssaslıqla təqdim olunub. Şirkət qondarma məqalə, hekayə və şeirlərin çoxalmasından ehtiyat edir. Bu səbəbdən də mütəxxəsislər sistemi daha dərindən tədqiq edərək saxta mətnlərin qarşısını almaq üçün sığortalanmaq istəyirlər.

Əgər bir zamanlar insanlar sünii intellektin yaradıcı olmasına şübhə ilə baxırdılarsa hal-hazırda sünii intellektin hətta şeir icad edə bilməsi insanları sözün həqiqi mənasında təəcübləndirib.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı