Heydər Əliyev adına Müasir Təhsil Mərkəzində “Master klass” dərslərinə start verilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Heydər Əliyev adına Müasir Təhsil Mərkəzində “Master klass” dərslərinə start verilib.

Bu haqda məlumatı saytımıza Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsinin sədri Arif Buzovnalı xəbər verirb. O, Təhsil Nazirliyinə edilən müraciətə müsbət cavab verilməsini vurğulayıb.

Qeyd edək ki, “Klassik şeirin məna qatları və estetikası” mövzusu ətrafında baş tutacaq Ustad dərsləri gələn tədris ilindən hər ümumitəhsil məktəbində ildə iki dəfə olmaqla ədəbiyyat tədrisi proqramına uyğun olaraq keçiriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!