Özbəkistanda Qənirə Paşayevanın özbək dilində şerlər kitabı çap edilib

 

Daşkənddəki “Lesson press” nəşriyyatında Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın özbək dilində “Qapını aç” adlı şerlər kitabı çap olunub.

Kitabın tərcüməçisi şair və tərcüməçi Xasiyyət Rüstəmova, tərtibçilər Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.

Kitabdakı “Ön söz”ün müəllifi İmdod Avşardır. “Ön söz”də Qənirə Paşayevanın həyatı və yaradıcılığı haqqında məlumat verilir, onun əsərlərinin məziyyətlərindən danışılır.