Bakı Mühəndislik Universitetində yazıçı Cavi Danla görüş keçirilib

 

Görüş Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının tələbələri iştirak ediblər. Kafedranın baş müəllimi Ülvi Babasoy yazıçını tələbələrə təqdim edib. Daha sonra tələbələr Cavi Danın həyat və yaradıcılığını yazıçının öz dilindən dinləyib və "Məhsəti" romanını müzakirə ediblər.

Cavi Dan xanım tələbələrin fikirlərini maraqla qarşılayıb və onların suallarını ətraflı şəkildə cavablandırıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!