Şair Dəmir Gədəbəyli dünyasını dəyişib

 

Şair Dəmir Gədəbəyli dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə Dəmir Gədəbəyli aprelin 9-da insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. O, həkim nəzarətində idi.

Xatırladaq ki, bu il martın 27-də D.Gədəbəylinin 80 yaşı tamam olmuşdu.

Dəmir Gədəbəyli Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bir çox mahnılarının söz müəllifidir.

Allah rəhmət eləsin!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!