Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” adlı yeni kitabı işıq üzü görüb

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılaq Birliyinin, Kinomatoqrafçılar İttifaqının üzvü, Azərbaycan Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” adlı yeni kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb.

Kitabda müəllifin uzun illərdir yazdığı, topladığı, araşdırdığı materiallar toplanıb.

Kitab AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının 22 may 2017-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunmuşdur. Kitabın elmi redaktoru Vidadi Qafarov, rəyçilər Ayaz Salayev, İlham Qazızadə, tərtibatçı rəssam Məmmədbağır Hüseynovdur.

"Kinonun fəlsəfəsi"ni “Əli və Nino” kitab ticarət şəbəkəsinin mağazalarından əldə etmək mümkündür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!