Tiflisdə “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabın təqdimatı olub

 

Tiflisdə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış azərbaycanlı milyonçu, ictimai xadim və xeyriyyəçi Ağa Musa Nağıyeva həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyevanın müəllifi olduğu “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabı təqdim olunub.

Bildirilib ki, kitab Ağa Musa Nağıyevin vəfatının 100 illiyinə həsr edilib.

Muzeyin direktoru Leyla Əliyeva çıxış edərək Ağa Musa Nağıyevin Gürcüstanda da yaxşı tanındığını, onun xeyriyyəçilik fəaliyyəti barədə gürcü ictimaiyyətinin də məlumatlı olduğunu bildirib.

Sonra Dilarə Ağamusa babası haqqında apardığı təhqiqatları barədə məlumat verib.

Azərbaycanlı və gürcü ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə muzeyin direktoru L.Əliyevaya “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi adından “Ağamusa zirvəsi” diplomu təqdim olunub.