“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunan yeni kitab işıq üzü görüb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunan  “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı işıq üzü görüb.

Tərtib edənlər Mətanət İbrahimova Gülbahar Misirova, elmi redaktor Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva, ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İsmayıl Şıxlı” biblioqrafik vəsaiti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilmişdir. Biblioqrafiyada yazıçının həyat və yaradıcılığına aid zəngin material toplanmışdır. Kitab ədəbiyyatşünaslar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!