Əli Vəlioğlunun “Mənim mənalı dünyam” - aforizmlər, müşahidələr və gündəlik notlar toplusu təkrar nəşr olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Əli Vəlioğluunun “Mənim mənalı dünyam” adlı poetik, ovqat ayələri kitabı təkrar nəşrə gedib.

Kitabda ədibin uzun illərin axtarışları nəticəsində araya, ərsəyə gətirilmiş kəlamlar içərisində insan, şəxsiyyət, cəmiyyət, azadlıq, millət, torpaq, həqiqət, hikmət, ədalət, mənəviyyat, inam, dostluq və s. mövzularda həyat təcrübəsindən süzülüb gələn hikmətli düşüncələri, orijinal baxış tərzi yer alıb.

Qeyd edək ki, kitab Alatoran Yayınlarında çapdan çıxıb. Kitabın redaktoru Fidan Müşfiq. Ön söz müəllifi filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!