Azərbaycanəsilli Amerika yazıçısının kitabı nəşr olunub

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – bəstəkar, müğənni, yazıçı Ella Leyanın “Kimsəsiz səma” kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən bildirilib ki, kitaba Bakıda anadan olmuş, 1990-cı ildə Amerika Birləşmiş Ştatlarına köçmüş müəllifin eyniadlı romanı daxil edilib.

Əsər sovet Azərbaycanında yaşayan bir pianoçunun həyat və yaradıcılıq yolunda qarşılaşdığı məhrumiyyətlərdən bəhs edir.

Kitabı orijinaldan dilimizə Cavidan Ağayev tərcümə edib, redaktorları Etimad Başkeçid və Salam Sarvandır. /Azərtac/