Nüfuzlu tarixçi, professor İlbər Ortaylı Yazıçılar Birliyini ziyarət edib

 

Edebiyyatqazeti.az AYB.az-a istinadən xəbər verir ki, aprelin 16-da Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə ölkəmizə dəvət olunan nüfuzlu türkiyəli tarixçi, professor İlbər Ortaylı Azərbaycan Yazıçılar Birliyini (AYB) ziyarət edib.

Uzun illərdir dostluq münasibətində olduğu Azərbaycan Yazıçılar Birliyin sədri, Xalq yazıçısı Anarla görüşən İlbər Ortaylı ölkəmizə səfəri və təşkil edilmiş görüşlərlə bağlı məlumatları bölüşüb. Görüşdə türkiyəli qonaqlarla yanaşı Türkiyənin ölkəmizdəki Səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoral, TUİB başqanı Hüseyin Büyükfırat, Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza da iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar dostu, professor İlbər Ortaylının Azərbaycana səfərinin təşkil edilməsindən məmnunluq hissi keçirdiyini ifadə edib və qonaqlara Yazıçılar Birliyinin tarixi, fəaliyyətilə bağlı ətraflı məlumat verib.

Sonra AYB sədri türkiyəli tarixçi, professor İlbər Ortaylıya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvülük vəsiqəsini təqdim edib. Daha sonra xatirə şəkilləri çəkilib. 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!