Qəşəm Nəcəfzadənin “Barış” adlı yeni şeirlər kitabı çap olunub

 

“Elm və təhsil” nəşriyyatında Qəşəm Nəcəfzadənin  “Barış” adlı yeni şeirlər kitabı çap olunub.

Kitaba toplanan şeirlərdən doğan əsas  nəticə budur:  Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə  silah götürüb.  Milyon il əvvəl olduğu  kimi,  milyon il  sonra  da   bütün dillər səs olacaq. Qaliblər  məğlubların qarşısında  diz çökəcək.  Dillər səsə çevriləndə  biz  bir–birimizi gözəl başa düşəcəyik. Əgər belə olmasa, onda məni güllələyin, qoy  qanım yerə calansın. Milyon il sonra diz çökənlər qanımı görüb deyəcəklər: “Burdan bir insan keçib, qanı qalıb ləpir kimi.”  O zaman  qanımı tərcüməsiz oxuya biləcəklər.